Tələb olunan meyarlar:
-Böyük restoranlarda ən azı 10 il (baş aşbaz kimi 3 il) təcrübə;
- 28 – 55 yaş aralığı;
- Müvafiq təhsilin olması üstünlükdür;
Vəzifələri və öhdəlikləri
- Restoranın daxili qaydaları və standartları əsasında vəzifəsini yerinə yetirmək;
- Restoranın standartları çərçivəsində hərəkət etmək;
- Restoranın strategiyasını heyətə bildirmək;
- Səliqəli geyim, fərdi görünüş və gigiyena barədə restoran standartları ilə uyğunlaşmaq;
- Restoranın müdiri ilə yaxşı ünsiyyət içərisində çalışmaq;
- Mətbəxə bağlı büdcə işlərində, mühasiblik və bu işlə bağlı şəxslərlə əməkdaşlıq içərisində olmaq;
- Restoran müdiri ilə heyət arasında ünsiyyəti təmin etmək;
- Şirkət standartları əsasında yemək məhsullarının alışı, anbara qoyulması və çıxarılması işində məsul olmaq;
- Heyətin iş proqramlarını hazırlamaq;
- Restoranın hər an doluluq nisbətini nəzarət edib hazırlığını bu istiqamətdə etmək;
- Satın alınan məhsulların idarəsini etmək;
- Mətbəx anbarındakı məhsulları restoran standartlarına uyğun səviyyədə saxlanmasını təmin etmək;
- Menyular hazırlamaq, planlamaq, tətbiq etmək və reseptləri hazırlamaq və bu işdə restoran müdiri ilə müzakirələr etmək;
- Satınalma şefi və xərc yoxlama ilə davamlı ünsiyyət halında olmaq, məhsul qiymətlərini izləmək və bu istiqamətdə menyular hazırlamaq;
- Mətbəxdə istifadə edilən bütün avadanlıq və alətlərin uyğun şəkildə istifadə edilməsini təmin etmək və bu istiqamətdə heyətə təlim vermək;
- Öz komandası ilə davamlı yığıncaqlar etmək;
- Bölməsi ilə əlaqədar təmir ehtiyaclarının təsbiti və tətbiqi mövzusunda texniki xidmət və restoran müdiri ilə koordinasiya içərisində olmaq;
- Hazırlanan məhsulların xidmət saatından əvvəl bufetə yerləşdirilməsini, bufet dizaynı və bufet məzmununa görə displeylər edilməsini təmin etmək;
- Mühasibliyin etmiş olduğu həftəlik və aylıq saymalarına qatılmaq;
- Həftəlik xərclərə nəzarət etmək və lazım olarsa, növbəti həftə ilə əlaqədar tədbirlər görmək;
- Heyətin yeməklərinin ləzzətinə və xidmətinə nəzarət etmək;
- Mətbəxdə istifadə edilən bütün dondurucuların soyuq otaq və soyuducuların təmizlik, gigiyena və sanitariya qaydalarına əməl edilməsini təmin etmək;
- Məhsulların saxlanmasında, hazırlığında və tərtibatında minimum israfı əsas götürmək;
- Heyətin məlumatlılıq səviyyəsini izləmək, lazımlı görüldüyündə müdirə məlumat verərək yeni ştatlara işçi alınmasını tövsiyə etmək;
- Mətbəxdə əməl edilməsi lazım olan yanğın və ümumi təhlükəsizlik mövzularından heyətin məlumatı olmasını təmin etmək.