Tələb olunan meyarıar:
- 20 – 45 yaş aralığı;
- Ən azı 1 il təcrübə;
- Məsuliyyətli və dissipıinə uyğunluq
Fırınçı
Vəzifələri və öhdəlikləri
- Fiziki cəhətdən sağlam olmalıdır.
- Müəssisə tərəfindən günün müxtəlif zamanlarında müxtəlif növ servis üsulları ilə təklif olunan yeməklərin yanında təqdim olunan çörəklərin (müxtəlif tərkibli kiçik çörəklərin və s.) bişirilib hazırlanmasına görə cavabdehdir.
- İş vəzifəsini yerinə yetirdiyi ərazinin təmizliyinə görə məsuliyyət daşıyır.
- Müəssisə tərəfindən tətbiq olunan uniforma-geyim qaydalarına ciddi riayət etməli və tabeliyində olan işçilərin də buna əməl etmələrini təmin etməlidir.
- Şəxsi sanitar-gigiyena qaydalarına ciddi əməl etməlidir.
- İş növbəsinə vaxtında gəlməlidir.
- İstifadə etdiyi ləvazimatların keyfiyyətli olmasına nəzarət etməlidir.
- Daima yeni-yeni çörək məhsullarının, pidə və lahmacunların hazırlanmasına və onların qonaqlar tərəfindən hansı qaydada rəğbət qazanmasını təqib etməlidir.
- Hər hansı bir çatışmazlıq olduğu zaman bu barədə baş aşbaza və ya restoran menecerinə, onun köməkçilərinə məlumat verməlidir.
- İstifadə etdiyi bütün elektrik və digər ləvazimatların işlək vəziyyətdə saxlanmasına qarşı cavabdehlik daşımalıdır.
- Müəssisə tərəfindən tələb olunan təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.