Təsərrüfatlarımızda yetişdirdiyimiz yerli Qafqaz cinsi heyvanlar yüksək məhsuldarlığa xas olmaqla yanaşı, istehsal edilən ət və süd məhsulları xalqımızın damaq dadı üçün xarakterikdir.
Bununla yanaşı, son 10 il ərzində Avropanın Alp çəmənliklərində yetişdirilən, Avstriyadan alınan Simmental cinsi iribuynuzlu heyvanları da ölkəmizə gətirilərək yerli iqlim şəraitinə uyğunlaşdırır və yerli keyfiyyətli yemlərlə bəsləyirik.
Xırdabuynuzlu təsərrüfatlarımızda Azərbaycanın ən məşhur Qaradolaq cinsindən olan qoyun sürülərimiz qışda Ağcabədi və Beyləqan rayonları ərazisində, yayda isə Respublikamızın dilbər guşlərinin yaylaqlarında bəslənilir.
Son iki ildə isə heyvanlarımız yaylaq mövsümünü işğaldan azad edilmiş əvəzolunmaz Laçın və Kəlbəcər yayalaqlarında keçirir.
Yem istehsalından tutmuş ət istehsalına qədər bütün prosesi özündə cəmləşdirən Qoç Ət şirkəti yem bitkilərini yetişdirmək üçün torpaq əraziləri, yem istehsalı, kəsim, ət və süd emalı müəssisələri ilə inteqrasiya olunmuş struktura malikdir.
Heyvanlarımız Azərbaycanın coğrafi şəraitində, tam təbii yetişdirilən keyfiyyətli yemlərlə qidalandığı və bütün təsərrüfatlarda 24 saat baytar nəzarəti, satandart zootexniki şərtlər altında xüsusi şəraitdə saxlandığı üçün ətləri və süd məhsulları keyfiyyətli, dadı ləzzətli və fərqlidir.
Qeyd olunan bütün proseslər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tələb etdiyi qaydalara uyğun aparılır və müasir texnoloji avadanlıqlardan istifadə olunur.
Müəssisəmizdə heyvanların bütün peyvəndləri vaxtında və tam şəkildə baytar həkimlər tərəfindən aparılır.
Halal Sertifikata sahib olan şirkətimizdə yetişdirmə və istehsalın bütün mərhələlərinəbaytar həkimlər və qida mühəndisləri tərəfindən nəzarət edilir.