Haqqımızda

Haqqımızda

"Qoc Ət" şirkəti ilk olaraq 1997-ci ildə Bakı şəhəri, Təbriz küçəsində bir kiçik fermer mağazası ilə fəaliyyətə başlamış, daha sonra sıra ilə “Nizami”, “Elmlər”, “Azadlıq”, “Nərimanov”, “Badamdar”, “Lökbatan” restoran-filiallarını qurmuş, 2021- ci ildə isə Azərbaycanda ilk olaraq böyük qürurla Şuşada 7-ci filialını açmışdır.  Hazırda yeni şöbələrin yaradılması istiqamətində işlərimiz davam edir.

Şanlı Ordumuzun əfsanəvi qəhrəmanlığı ilə işğaldan azad edilən Şuşa şəhərindəki restoranımızın əsas amalı kommersiya marağından öndə gələn milli-mənəvi dəyərlərimizi, qonaqpərvərliyimizi nümayiş etdirməkdir.

"Bu amalla Şuşaya səfər edən şəhid ailələrinin təmənnasız xidmətindəyik, həmçinin hərbçilərimizə, qazilərimizə güzəştli xidmətlə yanaşı, digər qonaqlara göstərilən yüksək diqqət və xidmətimiz, mədəniyyət paytaxtımızın sosial həyatındakı aktiv iştirakımız dövlət orqanları tərəfindən layiqincə qiymətləndirilir. "

Keçmişdən qazandığı təcrübə ilə 25 ildən artıq Azərbaycan bazarında xidmət göstərən Qoç Ət şirkəti son 15 ildə brend olmaq yolunda ciddi addımlar atmış və istehsal etdiyi məhsulları Azərbaycan istehlakçısına çatdırmağı bacarmışdır. “Halallıqla xidmətinizdəyik!” devizinə sadiq qalmaqla, keyfiyyətə və gigiyenaya daima önəm verərək istehsal etdiyimiz məhsullar Respublikamızın müxtəlif bölgələrində bəslədiyimiz cins iri və xırdabuynuzlu heyvanlardan əldə edilir.

Təsərrüfatlarımızda yetişdirdiyimiz yerli Qafqaz cinsi heyvanlar yüksək məhsuldarlığa xas olmaqla yanaşı, istehsal edilən ət və süd məhsulları xalqımızın damaq dadı üçün xarakterikdir.

Bununla yanaşı, son 10 il ərzində Avropanın Alp çəmənliklərində yetişdirilən, Avstriyadan alınan Simmental cinsi iribuynuzlu heyvanları da ölkəmizə gətirilərək yerli iqlim şəraitinə uyğunlaşdırır və yerli keyfiyyətli yemlərlə bəsləyirik. 

Xırdabuynuzlu təsərrüfatlarımızda Azərbaycanın ən məşhur Qaradolaq cinsindən olan qoyun sürülərimiz qışda Ağcabədi və Beyləqan rayonları ərazisində, yayda isə Respublikamızın dilbər guşlərinin yaylaqlarında bəslənilir.

Son iki ildə isə heyvanlarımız yaylaq mövsümünü işğaldan azad edilmiş əvəzolunmaz Laçın və Kəlbəcər yayalaqlarında keçirir.

Qoç Ət şirkəti Azərbaycanda dürüstlük və etibarlılıq naminə məhsulların keyfiyyəti, halallığı və yüksək səviyyəli xidməti ilə müştəri məmnunluğunu özünün başlıca prinsipi kimi qəbul etmişdir. 

Şirkətimiz ölkənin sosial həyatında fəal iştirakına, qazi, şəhid ailələri və digər həssas təbəqəyə göstərdiyi dəstəyə görə müxtəlif dövlət qurumlarının diplom, təşəkkürnamə və sertifikatları ilə təltif edilmişdir.

Keyfiyyətli xidmətinin qarşılığı olaraq hər zaman dövlətin qayğısını hiss edən Qoç Ət Azərbaycandan ilk olaraq KOBİA-nın dəstəyi ilə BƏƏ-nin Dubay şəhərindəki “Azərbaycan Evi”ndə “Made in Azerbaijan” brendi altında ət məhsullarının satışını həyata keçirmişdir.

O cümlədən, bütün bu illər ərzində səmərəli fəaliyyətinə görə Şirkətimiz 2022-ci ildə İqtisadiyyat Nazirliyinin 7 illik təşviq proqramına daxil edilmişdir. 

Yem istehsalından tutmuş ət istehsalına qədər bütün prosesi özündə cəmləşdirən Qoç Ət şirkəti yem bitkilərini yetişdirmək üçün torpaq əraziləri, yem istehsalı, kəsim, ət və süd emalı müəssisələri ilə inteqrasiya olunmuş struktura malikdir.

Heyvanlarımız Azərbaycanın coğrafi şəraitində, tam təbii yetişdirilən keyfiyyətli yemlərlə qidalandığı və bütün təsərrüfatlarda 24 saat baytar nəzarəti, satandart zootexniki şərtlər altında xüsusi şəraitdə saxlandığı üçün ətləri və süd məhsulları keyfiyyətli, dadı ləzzətli və fərqlidir. 

Qeyd olunan bütün proseslər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tələb etdiyi qaydalara uyğun aparılır və müasir texnoloji avadanlıqlardan istifadə olunur.

Müəssisəmizdə heyvanların bütün peyvəndləri vaxtında və tam şəkildə baytar həkimlər tərəfindən aparılır.

Halal Sertifikata sahib olan şirkətimizdə yetişdirmə və istehsalın bütün mərhələlərinəbaytar həkimlər və qida mühəndisləri tərəfindən nəzarət edilir. 

İslami qaydalara uyğun olaraq kəsim prosesi kəsimxanada peşəkar qəssablarımız tərəfindən başa çatdırıldıqdan sonra ət 24 saat soyuducuda dinləndirilir, sonra isə emal bölümündə gigiyenik şəraitdə hazırlanaraq qablaşdırılır.

Məhsullarımız 50-yə yaxın supermarket rəflərində, 9 filialdan ibarət restoran və fermer marketlərimizdə pərakəndə və ya topdansatış olaraq istehlakçılara çatdırılır. 

Müştərilərimiz filiallarımızda təqdim edilən müxtəlif çeşiddə beynəlxalq standarta uyğun 3,8-4,2% süd yağlılığına, 80-82% ət çıxarına malik qırmızı ət və quş əti məhsullarını, o cümlədən, kolbasa və sucuqları, qoyun və keçi südündən hazırlanmış pendir, qatıq və digər süd məhsullarını sifariş verməklə Bakı şəhərindəki mağazalarımızdan və bütün restoranlarımızdan əldə edə bilərlər. 

Bütün bu proseslər gigiyenik qaydalara uyğun olaraq “Soyuq Qida Zənciri Halqası“nı qorumaqla, soyuducu maşınlarla yüksək dəqiqliklə həyata keçirilir. 

"Qoç Ət" keyfiyyətini daha da artırmaq, müştərilərinə daha yüksək xidmət göstərmək məqsədilə 2023-cü ildə yaradılmış “Təlim Mərkəzi”ndə professional təlimçilər vasitəsilə, eləcə də peşəkar satış-marketinq komandası və qida mühəndislərinin dəstəyi ilə bütün işçi heyətinə davamlı olaraq standartlaşma, keyfiyyət, gigiyena və xidmət təlimləri verir. Təlimi başa vuran işçilər “Qoç Ət Təlim Sertifikatı” ilə təltif olunurlar. 

"Qoç Ət" şirkəti daha bir ilki gerçəkləşdirərək, Azərbaycanın milli brendi olmağı bacarmış, öz komandasında 500-ə yaxın professional kadrları ilə 2024-cü ildən başlayaraq ölkəmizin bu əvəzolunmaz ləzzətlərini xarici ölkələrdə tanıtmaq, dövlətimizin ixrac potensialına töhfə verərək Azərbaycan brendini dünyaya tanıtmağı qarşıya məqsəd qoymuşdur.

Bizə etibar edə bilərsiniz.

Halallıqla xidmətinizdəyik.

Video-təqdimat

Haqqımızda

Qoc Ət ilk olaraq 1997-ci ildə Bakının Çapayev küçəsində, daha sonra sırayla Nizami, Elimlər, Azadliq, Nərimanov, Badamdar, Lökbatan və nəhayət 2020-ci ildə də Azərbaycanda ilk olaraq böyük bir qürurla Şuşada 7-ci şöbəsini açmışdır. Bütün şöbələrdə müştərilər arzu edərlərsə 100-dən çox çeşid məhsuldan ibarət bu delikatesləri, bir gün əvvəldən sifariş etməklə təzə olaraq bütün restoranlardan birinci əldən ala bilərlər.

Ardını oxu...

Baş ofisimiz

Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan 36A

1675

info@qocet.az

Menyumuz:

Online sifaris: