Karyera

Kassir

 
Şöbə : İaşə Şöbəsi
Dərəcə/Səviyyə : Operativ Personal
Kimə tabedir : Restoranın Meneceri
Kimlə əvəz edilir : Digər Kassir
İşin məzmunu: Bu vəzifəni sahibi ona təyin olunmuş iş müddəti ərzində müştərilər üçün restoranın xidmət standartlarına müvafiq olaraq nəzakətli və peşəkar formada xidmət edilməsi üçün məsuliyət daşıyır.

 

Vəzifələri/ məsuliyyətləri;

- Bütün qonaqlara vaxtında, səmimi, nəzakətli və keyfiyyətli müştəri xidməti göstərməli.
- Bütün qonaqlara vaxtında xidmət göstərilməsinə məsuliyyət daşımalı.
- Qonaqları dərhal məlumatlandırmalı və onlara dərhal cavab verməli.
- Bütün qonaqları mehriban və professional tərzdə qarşılamalı, salamlamalı. 
- Qonaqların hesablarına nəzarət etməli və dəqiqlik üçün ikiqat yoxlamalı. 
- Kassaya daxil olan əmanəti qəbul olunmuş qayda və qanunlara əsasən qeyd etməli.
- Bütün qeydlərin lazımi qaydada saxlanmasına əmin olmalı.
- Ödənişləri qəbul etməyə və hər zaman lazımi qaydada nağd pul əməliyyatlarının aparılmasına məsuliyyət daşımalı.
- Qonaqla danışaraq sifarişdən məmnun qalıb-qalmadığını və ya başqa istəyinin olub-olmadığını yoxlamalı. 
- Ortaya çıxan problemləri və ya şikayətləri dərhal nəzarətçisinə bildirməli.

 

İş profili:

Aldığı təhsil : Ali məktəb məzunu və ya ekvivalnet dərəcə, Mehmanxana / Restoran ixtisası üzrə təhsil alanlara üstünlük verilir
İş təcrübəsi : 5 ulduzlu nehmanxanada və ya restoranda barmen vəzifəsində minimum 2 il iş təcrübəsi 
 
İş səriştəsi :
 
Texniki səriştələr:
- Kassa əməliyyatları barədə biliyə sahib olmaq
- Mehmanxana biznes əməliyyatları barədə biliyə sahib olmaq
 
Şəxsi xüsusiyyətləri :
  • Çevik iş qrafiki ilə işləyə bilmə
  • Müştəri xidmətlərini istiqamətləndirmə 
  • Mədəniyyətlərarası həssaslıq
  • Qrupda işləyə bilmə/ Əməkdaşlıq
  • Dinləmə və danışıq qabiliyyəti
  • Yazı qabiliyyəti
  • 4 saat müddətinə qədər yüksək dərəcədə çeviklik göstərərək işləmək  qabiliyyəti 
 
Digər bacarıqlar (xarıcı dil, kompüter və s.)
  • Ana dilində sərbəst
  • İngilis dilində sərbəst
  • Üçünci dildə sərbəst danışan namizədlərə üstünlük verilir
 

Haqqımızda

Qoc Ət ilk olaraq 1997-ci ildə Bakının Çapayev küçəsində, daha sonra sırayla Nizami, Elimlər, Azadliq, Nərimanov, Badamdar, Lökbatan və nəhayət 2020-ci ildə də Azərbaycanda ilk olaraq böyük bir qürurla Şuşada 7-ci şöbəsini açmışdır. Bütün şöbələrdə müştərilər arzu edərlərsə 100-dən çox çeşid məhsuldan ibarət bu delikatesləri, bir gün əvvəldən sifariş etməklə təzə olaraq bütün restoranlardan birinci əldən ala bilərlər.

Ardını oxu...

Baş ofisimiz

Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan 36A

1675

info@qocet.az

Menyumuz:

Online sifaris: