Tələb olunan meyarlar:
- Yaş həddi: 23 – 55 yaş aralığı qadın;
- Ən azı 3 ay müvafiq təcrübə;
- Məsuliyyətli və dissiplinə uyumluq;
Vəzifələri və öhdəlikləri
Bu vəzifənin həvalə edildiyi şəxsin səlahiyyətlərinə təyin edilmiş ərazilərin restoran tərəfindən tərtib edilmiş standartlara müvafiq olaraq təmizlənməsi və təchiz edilməsi daxildir.
- Zirək olmalı, restoran haqqında məlumatı olmalı və yüksək səviyyədə işləməklə işin həcmi çox olduğu vaxtlarında işləyə bilməlidir.
- Öz vəzifələrini təyin edilmiş standartlara uyğun həyata keçirir və təmizlik üçün istifadə olunan maşınların hər zaman yaxşı vəziyyətdə olmasına məsuliyyət daşıyır
- İctimai yerləri, istirahət otaqlarını və işçilərin paltar dəyişmə otağına, divarlara, lampalara, liftlərə, xalçalara, döşəmə və mərmərə nəzarət edir, onları düzgün qaydada təmizləyir, dezinfeksiya edir.
- Zərər və Fayda proseduralarını bilir və ciddi əməl edir.
- Mebellərin tərtibatını lazım olduqda dəyişir.
- Proseduralara əsasən zibil qablarını və külqabılarını boşaldır.
- Qonaqlardan hər hansı biri lazımi qaydada davranmadıqda bu barədə Nəzarətçiyə məlumat verir.
- Hər dəfə istifadə etdikdən sonra təmizlik avadanlıqları və maşınlarını təmizləyir və təyin edilmiş yerdə saxlayır. Hər hansı bir çatışmazlıq olduqda bu barədə Nəzarətçiyə dərhal məlumat verir.
- İctimai yerlərin anbarlarını təmiz, səliqəli saxlayır və hər zaman lazımi qaydada təchiz edir.
- Bu vəzifə üzrə irəli sürülən tələbləri həyata keçirmək üçün şirkət tərəfindən müəyyən edilən qayda və proseduralara müvafiq olaraq bütün vəzifə və öhdəlikləri vaxtında və qaydasında yerinə yetirir.
- Baş verə biləcək və mövcud təhlükələr barədə məlumatın verilməsini və dərhal aradan qaldırılmasını təmin edir.
- Uniformanı səliqə ilə istifadə edir
- Rəhbərlik tərəfindən verilən şifahi və yazılı tapşırıqları icra edir